25 iyul 2013 18:48

“Bizə keyfiyyətli futbolçu lazımdı”

Yeni mövsümə hazırlıqlarını Sloveniyada davam etdirən "Rəvan” dünən Avropanın adıçəkilən ölkəsindəki sonunucu - dördüncü görüşünü keçirdi. Azerisport.az xəbər verir ki, artıq 10 gündü vətəndən kənarda olan komandanın hazırlığının keyfiyyəti, çempionata nə dərəcədə hazır olması kimi məsələlərə baş məqçi Ramil Əliyevdən yaxşı aydınlıq gətirən olmazdı. Gənc mütəxəssis klubun rəsmi saytına müsahibəsində bir çox məqamlara aydınlıq gətirib.
 
- Yeni mövsümə hazırlıq prosesinin ikinci mərhələsi olan Sloveniya toplanışı artıq bitmək üzrədir. Komandanın hazırlığını ümumilkdə necə dəyərləndirirsiz?
- Bildiyiniz kimi, iyulun 15-dən hazırlığın ikinci mərhələsi çərçivəsində Sloveniyadayıq. Hərbçilər arasındakı dünya çempionatında çıxış edən futbolçularımız da bizimlə birgə bu ölkəyə gəlib. Yəni tam komanda şəklində hazırlığa məhz Sloveniyada başladıq. Toplanış bütövlükdə yaxşı keçdi. Baxmayaraq ki, yoldaşlıq oyunlarında qələbə qazana bilmədik. Amma son iki oyunda sərgilənən futbol bizi ümidləndirir. Plan üzrə bütün həyata keçirilməli olan işləri reallaşdırdıq.
 
- Mariborda komandanın hazırlıq keçməsi üçün yaradılan şəraitdən necə, razısız?
- Rəhbərliyə bizə yaxşı komanda qurmaq üçün hər cür şərait yaratdığına görə təşəkkürümü bildirirəm. Təlim-məşq toplanışı üçün lazım olan bütün işlər vaxtında görüldü, hər cür dəstək aldıq. Komanda yaxşı hazırlıq keçmək üçün tələb olunan hər şeylə təmin olunmuşdu.
 
- Təxminən iki həftə davam edən Sloveniya toplanışı qarşıdakı çempionatda komandaya nə verəcək?
- Bakıda baş tutan ilk mərhələni təməl mərhələsi adlandırardım. Biz fiziki hazırlığa çox fikir verdik. Komandanı yükləyirdik. İkinci mərhələdə isə əsas məqsəd oyun planında olan mənfi və müsbət tərəfləri aşkar edib çempionata daha yaxşı hazırlaşmaq idi. Hardasa 70-80 faiz istəyimizə nail olduq. Komanda çempionata demək olar ki, hazırdı.
 
- Bakıdakı ilk mərhələni də nəzərə alsaq, komandanın təxminən 1 aydır davam edən hazırlığını necə dəyərləndirmək olar? Komanda fikirləşdiyiniz bütün ideyaları hazırlıq dönəmində həyata keçirə bildi?
- Tam olaraq yox. Amma çempionat gedə-gedə biz bütün mənfi cəhətləri aradan qaldırmağa, daha yaxşı komanda qurmağa çalışacağıq.
 
- Komandanının ümumi durumunu necə qiymətləndirirsiz? Son 2 oyunla bağlı fikirlərinizə əsasən, ümumi durumun qənaətbəxş olduğunu söyləmək olar…
- Bu mərhələdə əslində fiziki yüklənmədən sonra komandanını mübariz və əzmkar keyfiyyətləri üzə çıxır. Əlbəttə, futbolçular da əlindən gələni edir. Son 2 oyun göstərdi ki, çempionat yaxınlaşdıqca kollektiv daha da yaxşı təsir bağışlayır.
 
- Ümumilikdə hazırlıq dönəmində 7 oyun keçirdik. Amma qələbə olmadı. Bunun səbəbi nədir və nəticələrə önəm verirsizmi?
- Nəticə oyunun statusundan asılı olamayaraq bizə hər görüşdə lazımdı. Amma yoldaşlıq oyunlarında daha çox eksperiment xarakterli heyətlərlə çıxış etdik. Yəni biz baxışa 10-dan çox futbolçu dəvət edib onlar arasından seçim etdik, bizə daha uyğun gələnləri, gələcəkdə bizə fayda verəcəyinə inandığımız oyunçuları komandada saxladıq. Biz transferlərə çox həssas yanaşırıq. Sadəcə, transfer xətrinə transfer etmirik. Bu oyunlar da seçim etməkdə bizə çox yardımçı oldu. Amma nəticə barədə eyni sözləri deyə bilmərəm. Digər tərəfdən də hər oyunda 5-6 dəyişiklik edib yaxşı nəticəyə ümid etmək də bir az düzgün deyil. Məqsədimiz heyəti komplektləşdirmək idi ki, məncə, bu baxımdan xeyli irəliləyiş var. Nəticələrə gəlincə isə onu demək istərdim ki, qışda da yoldaşlıq matçlarımızda nəticələr ürəkaçan deyildi. 4 oyundan yalnız əvəzedicilərimizi udmuşduq. Amma sonradan çempionatda yaxşı çıxış etdik. Qısası, yoxlama oyunlarına rəsmi matçlar üçün hazırlıq kimi yanaşdığımızdan nəticələr də ürəkaçan olmadı.
 
- Yeni trnsferlər boşluqları tam dolduracaq gücdədir?
- Tam da olmasa, müəyyən mövqeləri gücləndirmişik. Üstəlik, transfer çalışmalarımız davam edir. Biz axtarışdayıq. Bir-iki mövqeyə yeni oyunçu gətirməyimiz mümkündü.
 
- Bəs transfer çalışmaları nə vaxt yekunlaşacaq?
- İlk turun oyununa qədər bütün məsələlərin həllini tapacağına ümid edirəm. Düzdür, müəyyən qədər gecikmə olur. Amma keyfiyyətli futbolçunu transfer etmək heç vaxt gec deyil. Çempionatın gedişində məhz belə futbolçular fərq yaradır. Nəzərə alaq ki, turnir 36 turdan ibarət uzun marafon olacaq. Bizə də məhz tam mövsümə hazır olan keyfiyyətli futbolçular lazımdı.
 
- Avqustun əvvəlində növbəti mövsüm start götürür. Bütün parametrləri nəzərə aldıqda komanda çempionata nə dərəcədə hazırdır?
- Çempioanatın startına qədər tam hazır olmaq üçün bacardığımız qədər çalışdıq. Amma hazırkı mərhələdə bu o qədər də mümkün işə oxşamır. Çempionatın gedişində "artırmalı” olacağıq. Əlbəttə, mövsümə necə start götürməyimizdən də çox şey asılı olacaq. İlk oyuna kimi hələ 1 həftədən çox vaxtımız var və bu görüşə kimi tam hazır olmağa çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.