25 iyul 2013 18:39
Böyükağa Hacıyev: İndi getməyim daha yaxşıdı
“Neftçi”nin baş məşqçisi postundan istefa verən Böyükağa Hacıyev paytaxt klubundan gedişinə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Neftçi”də işləmək fəxr idi. Amma getməli oldum. İndi getmək daha yaxşıdı, nəinki bunu sabah etmək. “Skenderbeu” ilə oyun öncəsi də demişdim ki, bu rəqibi keçə bilməsək, istefa verəcəm. Uğursuzluqdan sonra da getməyə qərar verdim. İstefam da qəbul olunub. İndi istirahət etmək lazımdı. “Neftçi”dəki işimi analiz etmək üçün vaxtım olacaq”.