25 iyul 2013 19:13
“İnter təhlükəli rəqibdi, amma onların bizə iki qol vurması çətin olacaq”
Norveçin “Tromse” klubunun yarımmüdafiəçisi Maqnus Andersen Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “İnter”ə qarşı keçiriləcək cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“İlk oyunda 2:0 hesablı qələbə qazanmaqla vəzifəmizin öhdəsindən təxminən 70 faiz gəlmişik. İndi “İnter”in bu qolların əvəzini çıxmaq şansı var. Ona görə də biz diqqətli və ehtiyatlı oynamalıyıq. Bakının istisi həqiqətən bizim üçün problemdi. Hətta məşq zamanı da nəfəsimiz çatmırdı. Amma hava şəraiti hər iki komanda üçün eyni olacaq. Baxmayaraq ki, rəqibimiz belə şəraitə daha alışqandı. Fikrimcə, “İnter”ə də çətin olacaq. Çünki onlara qollar vurmaq lazımdı. Bizi isə heç-heçə də qane edəcək. Rəqibin heyətində kapitan Vaqif Cavadovu fərqləndirərdim. O, ilk oyunda çox inamlı təsir bağışladı. Bütövlükdə, “İnter” çox güclü və təhlükəli rəqibdi”.