25 iyul 2013 19:35
Fəridlə Muradın da yeni baş məşqçisi bəlli oldu
Türkiyənin “Kahramanmaraşspor” klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, yeni mövsümdən PTT Birinci Liqada mübarizə aparacaq komandanı bundan sonra Besim Durmuş çalışdıracaq.
Bir neçə gün öncə Fethi Çokkeserlə yollarını ayıran Fərid Quliyevlə Murad Axundzadənin yeni klubu yeni baş məşqçi ilə yaxın günlərdə müqavilə imzalayacaq. Qeyd edək ki, hər iki futbolçumuz “Kahramanmaraşspor”a yenicə keçib.
Besim Durmuşa gəlincə, o, vaxtilə “Samsunspor”, “Göztepe” və “Kartalspor”da futbolçu kimi çıxış edib. 2011-2012 mövsümündə “Kartalspor”u çalışdıran Durmuş son mövsümdə də “Samsunspor”un baş məşqçisi olub.
