25 iyul 2013 23:18
Xəzər Lənkəranın azarkeşi Maccabi ilə oyunda dünyasını dəyişdi
Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la İsrail “Maccabi”si arasındakı cavab matçında (0:8) faciə yaşanıb. Azerisport.az xəbər verir ki, cənub klubunun azarkeşlərindən biri dünyasını dəyişib.
Hələlik kimliyi bəlli olmayan “ağ-yaşıllı” fanat oyunun ikinci hissəsi zamanı özünü pis hiss edib. Onu dərhal xəstəxanaya çatdırıblar. Lakin azarkeşin həyatını xxilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu informasiya hələlik rəsmi təsdiqini tapmayıb.
