25 iyul 2013 23:32
Georgi Nikolov: Məyusam
“İnter”in prezidenti Georgi Nikolov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Norveçin “Tromse” klubuna qarşı keçirilmiş cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən çox məyusam. Təəssüf ki, alınmadı. Biz növbəti mərhələyə keçməyə borclu idik. Komanda Bakıdakı oyunda yaxşı çıxış etdi. Amma öz imkanlarımızdan yaxşı istifadə edə bilmədik. Belə çıxır ki, hər şeyə elə Tromsedəki ilk oyunda aydınlıq gəlmişdi. Bir mərhələ keçməyimizi uğur saymaq olmaz. Nəticəmizdən narazı qaldım”.
