25 iyul 2013 23:45
Qurban Qurbanov: Çətin oyun oldu
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın “Piast” klubuna qarşı keçirilmiş cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bu gün stadionda yaxşı atmosfer var idi. Fikrimcə, oyun hər iki komanda üçün çox yaxşı alındı. Bizim üçün çətin oldu. Amma sonda istəyimizə nail olduq. Hələ ilk oyundan sonra bilirdik ki, cavab görüşündə işimiz asan olmayacaq. “Piast” qol vurmağı bacaran komandadı. Özü də bu komanda təsadüfi hallarda qol buraxır. “Piast”a Polşa çempionatında uğurlar arzulayıram”.
