25 iyul 2013 23:51
Leroy Corc: Biz sona kimi mübarizə apardıq
“Qarabağ”ın yarımmüdafiəçisi Leroy Corc Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın “Piast” klubuna qarşı keçirilmiş cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Şanslar əllinin əlliyə idi. Lakin biz sona kimi mübarizə aparıb, istəyimizə çatdıq. Əsas da növbəti mərhələyə keçməyimiz idi. Növbəti mərhələdə hansı komanda ilə oynayacağımızı bilmirəm. Amma növbəti rəqiblə oyunları səbrsizlikə gözləyirəm”.
