26 iyul 2013 00:07
“Biz bu dəfə müdafiədə zəif oynadıq”
Norveçin “Tromse” klubunun baş məşqçisi Aqnar Kristensen Avropa Liqasının ikinci təsnifat mərhələsində “İnter”ə qarşı keçirdikləri cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“İlk oyunda olduğu kimi, “İnter” bu dəfə də topa daha çox nəzarət edir. Deyərdim ki, ilk oyundakı ssenari təkrarlandı. Sadəcə, biz bu dəfə müdafiədə zəif oynadıq. Əs-hücumlara üstünlük versək də, alınmadı. Məğlub olsaq da, mərhələ adladığımız üçün sevincliyik”.
