26 iyul 2013 00:12
Qarabağın Avroliqanın 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşdi
Avropa Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın növbəti rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisi növbəti mərhələdə “Gefle” (İsveç) - “Anorthosis” (Kipr) cütünün qalibi ilə qarşılaşacaqdı.
Bu komandaların ilk görüşündə Kipr klubu 3:0 hesabıyla qalib gəlmişdi və hər kəs bu komandanın mərhələ keçəcəyini gözləyirdi. Lakin ilk oyunda darmadağın olmasına baxmayaraq, "Gefle" öz meydanında "Anorthosis"i 4 cavabsız qolla məğlub edərək, mərhələ keçməyi bacarıb.
Nəticədə üçüncü təsnifat mərhələsində İsveç təmsilçisi "Qarabağ"a rəqib olub.
Qeyd edək ki, “Qarabağ” üçüncü təsnifat mərhələsində ilk oyununu avqustun 1-də evdə, cavab görüşünü isə bir həftə sonra səfərdə keçirəcək.
