26 iyul 2013 00:23
Maccabinin baş məşqçisi XL üzərindəki darmadağından danışdı
İsraili “Maccabi” (Hayfa) klubunun baş məşqçisi Arik Benado Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 8:0 hesablı qələbə qazandıqları görüşlə bağlı bunları söyləyib:
“Şadam ki, növbəti mərhələyə adladıq. Biz bu uğura öz üzərimizdə çoxlu işləməklə nail olduq. Mən deməzdim ki, hesab rəqibin əsl gücünü göstərir. Əslində, “Xəzər Lənkəran” yaxşı komandadı. Sadəcə, biz bu gecə öz imkanlarımızdan çox yaxşı yararlandıq. Bu da futbolçularımızın oyuna çox yaxşı köklənməsindən xəbər verir”.