25 iyul 2013 11:15

Rəvan Türkiyə klubu ilə sülh bağladı (VİDEO)

2013/14 mövsümünə hazırlıqlarını Sloveniyada davam etdirən "Rəvan” növbəti yoldaşlıq oyununu keçirib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun Avropanın adıçəkilən ölkəsindəki son görüşündə rəqibi Türkiyə Super Liqasının təmsilçisi "Karabükspor” olub.
 
Maraqlı mübarizə şəraitində keçən oyun heç-heçə nəticələnib – 2:2. Türkiyə elitasının nümayəndəsi ilə tam başa-baş mübarizə aparan "aslanlar” hissənin sonlarında istəyinə çatıb: 40-cı dəqiqədə Elvin Həsənəliyevin ötürməsindən sonra komandada baxışda olan Sebastyan Kastro gözəl vuruşla hesabı açıb. Fasilədən sonra yeni oyunçuların meydana çıxması oyun intizamının pozulması ilə nəticələnib və rəqib bundan istifadə edərək ard-arda 2 qol vurub. Lakin inamlı təsir bağışlayan "Rəvan” təslim olmayıb və 62-ci dəqiqədə Miloş Adamoviçlə tarazlığı bərpa edib. Bu, həm də matçda vurulan son qol olub.
 
Beləliklə, iyulun 26-da Bakıya qayıdacaq "Rəvan” Sloveniya toplanışı çərçivəsində dördüncü oyununu keçirmiş oldu. Daha öncə komanda Sloveniya təmsilçisi "Aluminij” (1:1) və Serbiya klubları "Donyi Srem” (0:2) və "Çukariçki” (0:0) ilə qarşılaşmışdı.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.