26 iyul 2013 00:34
Broş: Piast Qarabağa rüsvayçı şəkildə uduzmadıq
Polşanın “Piast” klubunun baş məşqçisi Marçin Broş Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ”la cavab matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Mən avrokuboklardakı debütümüzün rüsvayçı alındığını düşünmürəm. Biz həqiqətən sonra kimi mübarizə apardıq və növbəti mərhələyə keçməyi çox istəyirdik. Komanda təşkilatlanmış futbol sərgilədi. Yetirmələrim kimi mən də bu cür çıxış etdiyimiz üçün fəxr edirəm. Baxmayaraq ki, daha yaxşı nəticə qazana bilərdik. Bizim potensialımız var. Sadəcə, bunu inkişaf etdirmək lazımdı. “Qarabağ”la oyunlarımız həqiqətən ağır alındı”.