25 iyul 2013 11:26
Qəbələ Allianz Arenada
İyulun 23-də baş tutan "Qəbələ" - "Genclerbirligi" (3:1) sınaq matçından sonra Yuri Syomin komandasına bir günlük istirahət verib. Azerisport.az xəbər verir ki, istirahəti yoxlama oyununun baş tutduğu Almaniyanın Münhen şəhərində keçirən "Qəbələ" günün ikinci yarısında "Allianz Arena"ya yollanıb.
Bu dəfə tamaşaçı qismində yer alan "qırmızı-qaralar" "Bayern" (Almaniya) - "Barcelona" (İspaniya) yoxlama matçını izləyiblər. Qarşılaşma meydan sahiblərinin 2:0-lıq qalibiyyəti ilə tamamlanıb.
