25 iyul 2013 11:48
Qəbələnin əvəzediciləri daha bir qələbə qazandılar
Gürcüstanda təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası toplanış çərçivəsində ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, ilk görüşdə qonşu ölkənin birinci divizion təmsilçisi "Mark Stars of Georgia" kollektivini 2:1 hesabilə məğlub edən "qırmızı-qaralar" bu dəfə Tiflis "Dinamo"sunun əvəzrdiciləri ilə qarşılaşıb.
Startdan finala qədər üstünlüyü əldən verməyən təmsilçimiz rəqibini Amil Yunanov və Əziz Hüseynovun qolları ilə 2:0 üstələyib.
"Qəbələ" növbəti oyunu yerli "VİT Corciya" klubuna qarşı keçirəcək.
