26 iyul 2013 00:50
Piastın kapitanı: Əlavə vaxtda bircə səhv etdik, o da qolla nəticələndi
Polşanın “Piast” klubunun kapitanı Tomaş Podqorski Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ”la cavab matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Əlavə vaxtda biz yalnız bir səhvə yol verdik ki, o da qolla nəticələndi. “Qarabağ” layiqli oyun sərgilədi. Amma biz heç nəyə görə utanmamalıyıq. Bu, iki yaxşı komandanın oyunu oldu. Biz bu uğursuzluqdan dərslər çıxarmalıyıq ki, gələcəkdə təkrarlanmasın”.
