25 iyul 2013 12:13

Admir Teli və Ansi Aqolli Neftçinin cavabını verdi

“Qarabağ”ın albaniyalı futbolçuları – Admir Teli və Ansi Aqolli Azərbaycan çempionu “Neftçi”nin Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Skenderbeu”ya məğlubiyyətini şərh ediblər. Azerisport.az saytına müsahibəsində Aqolli öncə bunları dilə gətirib:

“Yaxşı oyun alındı. Təəssüflənirəm ki, “Neftçi” mübarizədən kənarda qaldı. Buna sevinirəmmi? Mən ancaq öz komandamın uğurlarına sevinirəm. “Skenderbeu” isə mənim klubum deyil. Yığma komandadan söhbət getsəydi, başqa məsələ”.

Teli isə bunları söyləyib: “Neftçi” ələ düşən qol vəziyyətlərindən yararlana bilmədi. Onların işini çətinə salan da məhz bu oldu. Mən sadəcə bir şeyi başa düşmədim: “Neftçi” niyə qırmızı vərəqədən sonra bu qədər zəif oynadı? “Skenderbeu” çox qısa zaman kəsiyində 5-6 qol vəziyyəti yaratdı. Mən Albaniya klubunun uğuruna sevinirəm. Amma sırf “Neftçi”yə qalib gəldiklərinə görə yox”.
 
Müdafiəçilər eyni zamanda “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin dediklərini təkzib ediblər. Maraq üçün xatırladaq ki, “ağ-qaralar”ın çalışdırıcısı Teli ilə Aqollinin “Neftçi” barədə bütün məlumatları qarşı tərəfə ötürdüyünü iddia etmişdi. Futbolçuların bu iddiaya cavabını eşidək:

Aqolli: “Hacıyevin niyə belə dediyini bilmirəm. Ola bilsin ki, o, rəqibdən bir qədər qorxurmuş. Mən “Skenderbeu”nun prezidentini 10 ildi tanıyıram. O, məni şam yeməyinə dəvət etdi. Biz onunla çoxlu söhbət etdik. Amma futbol barədə yox. Çünki Ardian Takay futbol adamı deyil. O, biznesmendi”.
 
Teli: “Hacıyevin sözlərinə sadəcə gülə bilərəm. Mən albanam və Ardian Takayla çoxdan tanışam. Fikrimcə, hətta “Neftçi” barədə danışmağımız da normaldı. Futbol sadə oyundu. “Neftçi” barədə internetdə əyləşməklə də bütün informasiyaları əldə etmək olar. Sadəcə, oyunların fraqmentlərinə baxmaq yetərlidi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.