25 iyul 2013 12:33
Arif İsayev zədələndi
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin “Denizlispor” klubu Gürcüstan təmsilçisi “Rustavi” ilə yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, türklərin 1:0 hesabıyla qələbə qazandığı görüşdə yeganə qolu Arif İsayev vurub.
Lakin o, bu görüşü zədə səbəbindən sona çatdıra bilməyib. Belə ki, 80-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. Amma oyundan sonra həkimlər həmyerlimizdə ciddi zədə aşkarlamayıblar. İsayev tezliklə sıraya dönəcək.
Qeyd edək ki, bu oyunda Saşa Yunisoğlu da “Denizlispor”dakı ilk matçına çıxıb.
