25 iyul 2013 12:45
Ruslan Abışovun adı Avroliqa matçının iştirak ərizəsinə salındı
Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinə yekun vurulacaq. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun heyətində yer aldığı Rusiyanın “Rubin” klubu da bu turnirdə növbəti oyununa çıxacaq.
Birbaşa bu mərhələdən mübarizəyə qoşulan həmyerlimizin komandası ilk cəhdində Serbiyanın “Jagodina” klubunu mübarizədən kənarlaşdırmalıdı. Kazanlılar birinci oyunu səfərdə keçiriblər və 3:2 hesabıyla qalib gəliblər. İndi Tatarıstan təmsilçisi evdə də qalib gəlib, növbəti mərhələyə adlamaq istəyir.
Bu görüşdə Ruslan Abışovun da meydana çıxması mümkündü. Hər halda baş məşqçi Kurban Berdıyev onun adını bu görüşün iştirak ərizəsinə daxil edib. Sadəcə, futbolçumuz oyuna ehtiyat oyunçular skamyasında başlamalı olacaq.
