26 iyul 2013 01:17
Miro Varvdoiç: Mən Anorthosis ilə qarşılaşacağımızı gözləyirdim
“Qarabağ”ın qapıçısı Miro Varvodiç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşa “Piast”ına qarşı keçirilmiş cavab matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Biz yaxşı oynadıq. Oyuna çox əla başladıq. Qol vurduq. Amma qısa zaman kəsiyində məğlub duruma düşdük. Matçın sonlarında bizim bəxtimiz gətirdi. Əlavə vaxtda isə rəqibi üstələdik. Düzünü deyim ki, mən növbəti rəqibimizin Kiprin “Anorthosis” klubu olacağını gözləyirdim. Bu komanda ev oyununda 3 cavabsız qolla qalib gəlmişdi. Amma İsveç “Gefle”si ilə düşdük. Düzünü deyim ki, onlara qarşı oyunlarımızın necə alınacağını hələ bilmirəm”.