26 iyul 2013 01:28
“Qarabağla oyunda əlavə vaxt bizə sərf etmirdi”
Polşanın “Piast” klubunun yarımmüdafiəçisi Ruben Xurado Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ”la cavab matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Əlavə vaxt bizə sərf etmirdi. Çünki çox yorulmuşduq. Çoxları bizə inanmırdı. Amma biz “Qarabağ”la layiqli müqavimət göstərməyi bacardıq. Bizə sadəcə bəxt və hiyləgərlik çatışmadı. “Qarabağ” isə özündə bu keyfiyyətləri tapa bildi və uğur qazandı”.
