26 iyul 2013 01:35
Xəzər Lənkəran azarkeşinin həyatı həkimlər tərəfindən xilas olunub
Xəbər verdiyimiz kimi, Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la İsrail “Maccabi”si (Hayfa) arasındakı cavab matçında (0:8) xoşagəlməz hadisə yaşanıb. Azerisport.az xəbər verir ki, ilkin məlumatlarda cənub klubunun azarkeşlərindən birinin dünyasını dəyişdiyi bildirilirdi.
Lakin bu informasiya təsdiqlənməyib.
Əslində isə hadisə belə olub. Kimliyi bəlli olmayan “ağ-yaşıllı” fanat oyunun ikinci hissəsi zamanı özünü pis hiss edib və özündən gedib. Onu nə arenada, nə də xəstəxanaya apararkən ayıltmaq mümkün olub. Lakin xoşbəxtlikdən azarkeşin həyatını həkimlər xilas edə biliblər. Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.
