25 iyul 2013 13:54
Rəvan İsveç yığmasının sabiq üzvünü gətirdi (FOTO)
Sloveniyada təlim-məşq toplanışında olan “Rəvan”ın düşərgəsinə yeni futbolçu gəlib. Azerisport.az xəbər verir ki, baş məşqçi Ramil Əliyev Sebastyan Kastro-Tellonu sınayır.
İsveçli futbolçu dünən “Karabükspor”la oyunda meydana çıxıb və bir qol vurub.
Sebastyan “Rəvan”a İsveçin “Hammarbü” klubundan gəlib. 2998-2006-cı illərdə “Hammarbü TFF”də çıxış edən (31 oyun, 3 qol) 26 yaşlı hücumameylli yarımmüdafiəçi 2006-cı ildən “Hammarbü IF” formasını geyinir (120 oyun, 18 qol).
Kastro-Tello İsveç U-21-nin sabiq üzvüdü. O, 2007-ci ildən sonra yığmada 11 oyun keçirərək 3 qol vurub.
