26 iyul 2013 01:53
Aleksandr İaşvili: Tromseni keçə bilməməyimizdə özümüz günahkarıq
“İnter”in hücumçusu Aleksandr İaşvili Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Norveçin “Tromse” klubuna qarşı keçirilmiş cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları dilə gətirib:
“Çox təəssüf ki, biz lazım olan nəticəni qazana bilmədik. “İnter” yaxşı oynadı. Bizə sadəcə ələ düşən qol vəziyyətlərindən daha yaxşı yararlanmaq lazım idi. Özümüz günahkarıq. “Tromse” tam keçiləsi rəqib idi. Amma biz bu cür şansı boşa verdik”.
