25 iyul 2013 14:03
Qarabağın rəqibi Qəbələnin sabiq üzvünü heyətinə qatdı
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi olan “Piast” heyətini gücləndirib. Azerisport.az xəbər verir ki, Polşa klubu “Qəbələ”nin sabiq üzvü Con Kollinslə müqavilə bağlayıb.
Holland futbolçu yeni klubu ilə 2 illik anlaşma imzalayıb.
Qeyd edək ki, Kollins 2011-ci ildə Toni Adamsın istəyi ilə ABŞ-ın “Çikaqo Fire” klubundan transfer olunduğu “Qəbələ”də cəmi 3 oyun keçirib. Ölkəmizdən ayrıldıqdan sonra İranın “Mis Sarıçeşmə” və İngiltərənin “Barnet” klublarında çıxış edən 27 yaşlı forvard “Fulhem” və “Tvente” kimi məşhur klubların formasını geyinib. Kollins 2004-cü ildə Hollandiya millisində 2 oyun keçirib.
