26 iyul 2013 02:09
Qarabağı zəfərə daşıyan Ulrix Kapolonqo danışdı
“Qarabağ”ın futbolçusu Ulrix Kapolonqo Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın “Piast” klubuna qarşı keçirilmiş cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Çox şadam ki, “Qarabağ”da vurduğum ilk qol bu qədər vacib əhəmiyyət daşıdı. Biz bura sadəcə üstünlüyümüzü qorumaq üçün gəlməmişdik. Əsas istəyimiz qol vurmaq idi. Bunu bacardığımıza görə sevincliyəm”.
