26 iyul 2013 02:25
Avroliqada üçüncü təsnifat mərhələsinin bütün cütləri bəlli oldu
Futbol üzrə UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin bütün iştirakçıların adları, eləcə də cütlüklər müəyyənləşib. Azerisport.az xəbər verir ki, qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin ikinci təsnifat mərhələsində mübarizə aparan 80 klub ötən gecə növbəti mərhələyə 40 vəsiqənin taleyinə aydınlıq gətirdilər.
Qeyd edək ki, Azərbaycan ikinci təsnifat mərhələsində üç klubla təmsil olunurdu. “Qarabağ” Polşa “Piast”ı, “İnter” Norveç “Tromse”si, “Xəzər Lənkəran” isə İsrail “Maccabi”si (Hayfa) ilə mübarizə aparırdı. Amma çox təəssüf ki, klubumuzdan ikisi mübarizəni dayandırmalı oldu. “Xəzər Lənkəran”la “İnter”dən fərqli olaraq, “Qarabağ” da üçüncü təsnifat mərhələsində mübarizə aparmaq hüququ qazandı.
Beləliklə, növbəti mərhələyə vəsiqə qazanan 40 klub mübarizəyə məhz üçüncü təsnifat mərhələsindən başlayacaq 18 iştirakçı ilə birgə turnirin pley-off mərhələsinə 29 vəsiqənin taleyinə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin ilk oyunları avqustun 1-də, cavab görüşləri isə bir həftə sonra - ayın 8-də keçiriləcək.
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi
1-8 avqust
Qarabağ (Azərbaycan) - Gefle (İsveç)
Ventspils (Latviya) - Maccabi (Hayfa, İsrail)
Tromse (Norveç) - Differdange (Lüksemburq)
Kukesi (Albaniya) – Metallurg (Donetsk, Ukrayna)
Chernomorets (Ukrayna) – Crvena Zvezda (Serbiya)
Swansea (İngiltərə) – Malmö (İsveç)
Sevilla (İspaniya) – Mladost (Monteneqro)
Saint-Etienne (Fransa) – Milsami (Moldova)
Şiroki Brijeg (Bosniya və Hersoqovina) – Udinese (İtaliya)
Petrolul (Rumıniya) – Vitesse (Nollandiya)
Hajduk (Xorvatiya) – Dila (Gürcüstan)
Jablonec (Çexiya) – Stromsgodset (Norveç)
Slovan (Çexiya) – Zürich (İsveçrə)
Dinamo (Belarus) – Trabzonspor (Türkiyə)
Aktobe (Qazaxıstan) – Breidablik (İslandiya)
Panduri (Rumıniya) – Hapoel (Təl-Əviv, İsrail)
Rijeka (Xorvatiya) – Zilina (Slovakiya)
Slask (Polşa) – Brugge (Belçika)
Randers (Danimarka) – Rubin (Rusiya)
Asteras (Yunanıstan) – Rapid (Avstriya)
Trencin (Slovakiya) – Astra (Rumıniya)
Zalgiris (Litva) –Lech (Polşa)
Mothervell (Şotlandiya) – Kuban (Rusiya)
Botev (Bolqarıstan) – Stuttgart (Almaniya)
Estoril (Portuqaliya) – Hapoel (Ramat Qan, İsrail)
Vojvodina (Serbiya) – Bursaspor (Türkiyə)
Xanthi (Yunanıstan) – Standard (Belçika)
Häcken (İsveç) - Thun (İsveçrə)
Minsk (Belarus) –Saint Johnstone (Şotlandiya)
