26 iyul 2013 02:37
İnteri sevindirməyən qol (VİDEO)
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Norveç "Tromse"si ilə cavab matçına çıxan “İnter” rəqibinə 1:0 hesabı ilə qalib gəldi. Azerisport.az xəbər verir ki, “bankirlər” səfərdə rəqibinə 0:2 hesabı ilə uduzduğundan bu qələbə növbəti mərhələyə yüksəlmək üçün yetərli olmadı. Baçana Sxadadzenin vurduğu həmin yeganə qolun görüntüsünü təqdim edirik:
