25 iyul 2013 14:58
Piast - Qarabağ matçına 7 min bilet satılıb
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək Polşa “Piast”ı ilə “Qarabağ” arasındakı cavab matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, bu görüşə artıq 7 000 bilet satılıb.
Lakin oyun saatına qədər bütün biletlərin satılması istisna olunmur. Çünki bu oyun Qlivitse təmsilçisi üçün tarixi bir qarşılaşmadı. “Piast” doğma meydanda ilk avrokubok matçına çıxır. Polşa təmsilçisinin tarixinə düşəcək Ağdam klubu ilə görüşdə məhz bu üzdən anşlaq olması gözlənilir.
Qeyd edək ki, “Piast” stadionu bütövlükdə 10 000 azarkeş tutumuna malikdi.
“Piast” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. İlk oyunda təmsilçimiz 2:1 hesabıyla üstün olub.
