25 iyul 2013 15:05

Ruslan Əmircanov: Tromse Qarabağ kimi oynayır

“İnter”in müdafiəçisi Ruslan Əmircanovun azerisport.az saytına müsahibəsi
 
- Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində Norveç “Tromse”si ilə cavab matçına çıxacaqsız. İlk oyunda iki cavabsız qolla uduzduğunu bu komanda ilə ev oyunundakı şanslarınız barədə nə deyə bilərsiz?
- Bizim itiriləsi heç nəyimiz yoxdu. “İnter” Bakıda nəyə qadir olduğunu göstərməlidi. Biz ilk oyunda ən azı bir qol vurmalıydıq. Amma alınmadı. Ev oyununda isti havanın bizim xeyrimizə olan amil kimi dəyərləndirilməsi düzgün deyil. Çünki hər iki komanda eyni şərtlər altında oynayacaq. Sadəcə, özümüzə inanmağımız və komanda oyunu sərgiləməyimiz lazımdı. Əgər “Tromse”ni də keçə bilmiriksə... Bu, məğlub etməyə borclu olduğumuz komandadı.
 
- Rəqibin heyətində kimi xüsusi fərqləndirə bilərsiz?
- İlk qolu vuran futbolçu (Remi Yohanssen) çox güclüdü. Komanda ancaq ona oynayırdı. Bizim futbolçular da onun kimi qələbə üçün ac olmalıdılar, gözləri alışıb-yanmalıdı. Ən azı üç futbolçumuz meydanda onun kimi can qoysa, bu, digər oyunçularımıza da təsir göstərər. “İnter” mübarizəni dayandırmamalıdı. Bizə “Tromse” səddini keçmək lazımdı.
 
- İlk oyundakı məğlubiyyətə nə səbəb oldu?
- “İnter”in yeganə problemi var. Çoxlu qol vəziyyətləri yaradırıq, onları reallaşdıra bilmirik. Amma qol vurmaq zamanıdı. Hədər yerə qol vəziyyəti yaratmaq heç nə vermir. Bütün komanda hücumçulara dəstək verməlidi.
 
- “Tromse”ni klublarımızdan hansı ilə müqayisə etmək olar?
- Onların oyun üslubu “Qarabağ”ınkına oxşayır. Əsas gücləri orta sahədədi. Ordan da cinahlara ötürmələrlə qol vəziyyətləri yaradırlar. İlk görüşdə də “Tromse” “Qarabağ” kimi oynadı. Lakin istənilən halda mənə elə gəlir ki, “İnter” öz gücünə inansa, cavab matçında azarkeşlərimizi sevindirə biləcək.
 
- “Tromse”dən belə oyun gözləmirdiniz?
- Biz bilirdik ki, onlar uzun ötürmələrdən yararlanırlar. Baş məşqçi də bizə müdafiədə diqqətli olmağı tapşırmışdı. Oyuna görə norveçlilər bizdən üstün deyildi. Hətta ikinci hissədə də biz onlara bu baxımdan uduzmadıq. Sadəcə, onlar ələ düşən şanslardan yaxşı yararlandılar. Rəqibin üç qol epizodu oldu. Biri dirəyə dəydi, digər ikisi qolla nəticələndi. Biz isə daha çox qol vəziyyəti yaratdığımız halda, heç birindən yararlana bilmədik.
 
- Rəqibin uzaqdan zərbələrə üstünlük verdiyini bilmirdiniz?
- Görmüşdük, bilirdik. Baş məşqçi hətta bunu da tapşırmışdı ki, uzaqdan zərbələr vurmalarına imkan verməyək. İlk qolda müdafiəmiz səhvə yol verdi. Qapıçını sığortalaya bilmədik. Mənim fikrimcə, hesab oyuna görə olmadı. “Tromse” bizdən güclü deyildi. Onlar bu qələbəyə layiq deyildilər. Heç-heçə daha ədalətli nəticə olardı. Amma bu, futboldu. Sən vurmursan, sənə vururlar. “Tromse” yaxşı komandadı. Lakin biz onları məğlub edə bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.