26 iyul 2013 03:05

Qəbələdən macarlara 45 dəqiqəlik futbol dərsi (FOTOREPORTAJ)

Avstriyanın Zalsburq bölgəsində hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün toplanış çərçivəsində ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, ilk oyunda Türkiyənin "Gənclərbirliyi" kollektivini yenən Yuri Syominin yetirmələri (3:1) ikinci qarşılaşmada Macarıstanın "Zalegerszeg" klubu ilə münasibətlərinə aydınlıq gətiriblər.
 
"Qəbələ" macarlara qarşı aşağıdakı heyətlə mübarizə aparıb:
 
25. Dieqo Kosta Silva
84. Deyan Kelhar (15. Omar Kalabane)
5. Sadiq Quliyev (6. Vladimir Levin)
3. Nikola Valentiç (35. Elvin Camalov)
2. Rail Məlikov (34. Ürfan Abbasov, 23. Şəhriyar Xəlilov)
4. Amit Quluzadə (18. İbrahima Niasse)
7. Tərzin Cahangirov (14. Lorenzo Ebesilyo)
10. Dodo (31. Daniel Subotiç)
42. Leonardo Da Silva (21. Elmar Baxşıyev)
22. Rodriges Assis (8. Nizami Hacıyev)
9. Viktor Mendy (11. Yannik Kamanan)
 
Matç ilk dəqiqələrdən "Qəbələ"nin üstünlüyü ilə start götürdü. Rəqibə göz açmağa imkan verməyən "qırmızı-qaralar" 22-ci dəqiqədə hesabda önə keçdilər. Tərzin Cahangirovun qüvvətli zərbəsi qapıçı üçün qarşısıalınmaz oldu - 1:0. Qoldan sonra hücumlarının kəsərini daha da artıran Yuri Syominin yetirmələri 30-cu dəqiqədə yenidən fərqləndilər. Dodo Leonardonun sol cinahdan ideal ötürməsini tək toxunuşla tora göndərdi - 2:0. 3-cü qolu aktivinə yazmaqçün "Qəbələ"yə 13 dəqiqə lazım oldu. Sol cinahdan sürətli keçidlərlə müdafiəçiləri çaş-baş salan Leonardo keçidini dəqiq zərbə ilə tamamladı - 3:0.
 
İkinci yarı da eyni ssenari üzrə davam etdi. "Qəbələ" hücum edən, "Zalegerszeg" isə müdafiə olunan tərəf idi. Hissə ərzində "Qəbələ" bir neçə əlverişli epizod yaratsa da, hesab dəyişmədi və "qırmızı-qaralar" toplanış çərçivəsində keçirdikləri ikinci oyundan da qələbə ilə ayrıldılar.
 
Xatırladaq ki, "Qəbələ" Avstriyada son oyununu iyulun 27-i Türkiyə təmsilçisi "Çaykur Rizəspor"a qarşı keçirəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.