25 iyul 2013 15:17
Əfran İsmayılov da Bakı ilə yollarını ayıra bilər
“Bakı”nın yeni baş məşqçisi Milinko Pantiç komandadakı futbolçularla bağlı müəyyən qərara gəlib. Azerisport.az xəbər verir ki, ölkə xaricindəki təlim-məşq toplanışı zamanı onların hamısını sınaqdan keçirən serbiyalı mütəxəssis sərəncamında görmək istəmədiyi oyunçular üçün “qara siyahı” hazırlayıb.
Əldə etdiyimiz məlumata görə, Pantiç artıq “İnter”dən gələn Yuri Fomenkodan imtina edib. O, həmçinin Rəşad Abdullayevlə Əfran İsmayılovun da çıxışından razı qalmayıb. Mümkündü ki, bu yay “Qarabağ” və “Qəbələ”dən alınan hər iki oyunçu mövsümün startına qədər “zolaqlılar”la yollarını ayırsınlar.
