26 iyul 2013 03:13
Rəvan Sloveniyada son məşqə çıxdı (FOTOLAR)
"Rəvan” 2013/14 mövsümünə hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Sloveniyanın Maribor şəhərində çalışmalarına ara verməyən komanda ötən gün axşam məşqi ilə Avropanın bu ölkəsindəki hazırlığını başa vurub.
Baş məşqçi Ramil Əliyev yol üstdə olan futbolçuları çox da yormayıb. Ənənəvi isinmə hərəkətlərindən sonra yetirmələrini müxtəlif tipli toplu çalışmalarla yükləyən gənc mütəxəssis hazırlığın sonunda futbolçuları başına toplayıb, onlarla səmimi söhbət edib.
Qeyd edək ki, bu gün səhər saatlarında Maribordan ayrılacaq kollektiv Vyana – Bakı təyyarə reysi ilə vətənə dönəcək. Axşamüstü Bakıda olacaq "Rəvan”da futbolçular baş məşqçinin qərarı ilə 2 gün dincələcək. Çalışmalara yeni həftənin əvvəlindən start veriləcək.
