25 iyul 2013 15:49
Lənkəranlı azarkeşlər Maccabi ilə oyuna getmək istəmirlər
Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”la İsrail “Maccabi”si (Hayfa) arasında keçiriləcək cavab matçına bilet satışı davam edir. Lakin azerisport.az xəbər verir ki, yerli azarkeşlərin bu görüşə marağı çox azdı.
“Ağ-yaşıllar”ın sərgilədiyi inamsız çıxış, eləcə də nəticələrin ürəkaçan olmaması lənkəranlıları sevimli komandalarından küsdürüb. Məhz bunun nəticəsidi ki, “Maccabi” ilə oyuna hələlik cəmi 3500 bilet satılıb. Halbuki, cənublu fanatlar ən azı avrokubok oyunlarında arenanı tam doldururdular.
Qeyd edək ki, Lənkəran şəhər stadionu 15 minə yaxın azarkeş tutumuna malikdi.
