25 iyul 2013 16:27
İcraiyyə Komitəsinin iclası keçiriləcək
Avqustun 14-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, toplantı saat 11:00-da start götürəcək.
İclasın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Birinci Diviziondan Topaz Premyer Liqasına neçə komandanın yüksəlməsinin müəyyənləşdirilməsi
2. Topaz Premyer Liqasında çıxış edən bütün klublarda Müşahidə Şurasının və ya İcraiyyə Komitəsinin yaradılmasının müzakirəsi
3. AFFA tərəfindən 2013-cü ilin martında pilot layihəsi kimi keçirilmiş U-19 Liqasının hesabatı və AFFA-nın U-19 Liqasının yaradılmasının müzakirəsi
4. Digər məsələlər
