25 iyul 2013 17:02

“Qarabağ Piasta səfərdə qol vurmasa, mərhələ keçə bilməyəcək”

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Avropa Liqasının ikinci təsnifat mərhələsinin Polşa “Piast”ı ilə cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları söyləyib:

“Polşaya yaxşı əhval-ruhiyyədə gəlmişik. Oyuna çox yaxşı köklənməyimiz vacibdi. Özüm barədə onu deyə bilərəm ki, oyuna yüz faiz köklənmişəm. Düzdü, ev oyununda 2:1 hesabıyla qalib gəldiyimiz üçün müəyyən üstünlüyümüz var. Amma növbəti mərhələyə adlamaq üçün üstünlüyümüzü qorumağımız lazımdı”.
 
“Prinsipcə, 2:1 hesablı qələbə ev oyunu üçün yaxşı nəticədi. Amma öz meydanımızda qol buraxmamağımız daha yaxşı olardı. Belə olan halda Polşaya daha arxayın yollanardıq. Lakin heç nəyi dəyişmək olmaz. Ona görə də bu barədə danışmağın mənası yoxdu. İndi bizə sadəcə cavab matçı barədə düşünmək lazımdı”.
 
Cinah müdafiəçisi “Piast”ı keçmək üçün səfərdə qol vurmağın vacibliyini önə çəkib: “Fikrimcə, biz qol vurmağa borcluyuq. Əgər buna nail ola bilməsək, Avroliqanın növbəti mərhələsinə keçə bilməyəcəyik. Bizi çox çətin oyun gözləyir. Ona görə hər şeyə hazır olmalıyıq”.

Aqolli “Piast”ın güclü cəhətlərini də açıqlayıb: “Polyaklar fiziki cəhətdən çox güclüdülər. Atletik göstəricilərinin yüksək olması onların “ikinci mərtəbədə” də yaxşı oynamasına imkan verir. Onlar bunu Robakın Bakıda vurduğu qolla da sübut etdilər. Ola bilər ki, ustalıq səviyyələri elə də yüksək deyil. Amma rəqib futbolçular kifayət qədər güclü və təhlükəlilidər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.