25 iyul 2013 13:47
Saşa debüt etdi, İsayev qol vurdu (FOTOLAR)
Xəbər verdiyimiz kimi, dünən Türkiyənin “Denizlispor” klubu Gürcüstanın “Rustavi” komandası ilə yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, matçın yeganə qoluna Arif İsayev imza atıb.
Start heyətində meydana çıxan İsayev 80-ci dəqiqədə zədələnərək meydanı tərk edib. Amma oyundan sonra həkimlər həmyerlimizdə ciddi zədə aşkarlamayıblar. Arif tezliklə sıraya dönəcək.
İsayevlə yanaşı, Saşa Yunisoğlu da matçın iştirakçısı olub. Millinin sabiq müdafiəçisi start heyətində meydana çıxaraq yeni klubunda debüt edib.
