25 iyul 2013 21:50
Qəbələ Macarıstan klubuna qalib gəldi (YENİLƏNİB)
Avstriyanın Zalsburq bölgəsində hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün toplanış çərçivəsində ikinci yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Yuri Syomin yetirmələrini bu dəfə Macarıstanın "Zalegerszeg" klubu ilə görüşdə sınayıb.
Görüş təmsilçimizin böyük hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bölgə klubu ilk oyunda Türkiyənin "Genclerbirligi" kollektivinə 3:1 hesabıyla qalib gəlmişdi.
Yoxlama oyunu
25 iyul
Qəbələ - Zalegerszeg - 3:0
Qollar: T.Cahangirov, 20 (1:0), Dodo, 28 (2:0), Leonardo, 42 (3:0)
"Qəbələ"nin start heyəti: Dieqo Kosta Silva, Rail Məlikov, Deyan Kelhar, Sadiq Quliyev, Nikola Valentiç, Amit Quluzadə, Tərzin Cahangirov, Elmar Baxşiyev, Rodriqes Assis, Leonardo Da Silva, Viktor Mendi.
