26 iyul 2013 11:07
Yenə rüsvayçı statistika!
Ötən gün Azərbaycanın Avropa Liqasındakı təmsilçiləri növbəti oyunlarını keçirdilər. Azerisport.az xəbər verir ki, ikinci təsnifat mərhələsindəki cavab oyununa doğma meydanda çıxan “Inter” Norveçin “Tromse” klubuna 1:0 hesabıyla qalib gəldi.
“Xəzər Lənkəran” isə İsrail “Maccabi”sinə (Hayfa) evdə biabırçı hesabla (0:8) məğlub oldu.
“Qarabağ” isə səfərdə Polşa “Piast”ı ilə 2:2 hesablı heç-heçə sayəsində mərhələ adlayan yeganə komandamız oldu.
Təmsilçilərimizin oyunlarında qeydə alınan statistik məqamlarla sizi də tanış edirik:
Xəzər Lənkəran – Maccabi - 0:8
Qapıya zərbə (çərçivəyə): 5 (0) - 18 (16)
Korner: 4-2
Ofsayd: 1-2
Sarı vərəqə: 3-0
Qırmızı vərəqə: 0-0
Qayda pozuntusu: 17-11
İnter – Tromse - 1:0
Qapıya zərbə (çərçivəyə): 12 (7) - 4 (1)
Korner: 4-2
Ofsayd: 4-0
Sarı vərəqə: 2-1
Qırmızı vərəqə: 0-0
Qayda pozuntusu: 17-6
Piast – Qarabağ - 2:2
Qapıya zərbə (çərçivəyə): 12 (5) - 12 (4)
Korner: 6-7
Ofsayd: 5-1
Sarı vərəqə: 2-4
Qırmızı vərəqə: 0-0
Qayda pozuntusu: 25-12
