26 iyul 2013 11:16
Əfran İsmayılov: Bakını tərk etmək haqda düşünmürəm
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov bu yay keçdiyi “Bakı”yla yollarını ayıracağı barədə yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları təkzib edib:
“Baş məşqçi ilə aramızda heç bir problem yoxdu. Toplanışdan yenicə qayıtmışıq, özümü yaxşı hiss edirəm. Komanda tədricən sürət yığır. Yeni mövsüm haqda düşünürük. Əgər hansısa problem olsaydı, mənə nəsə deyərdilər. “Bakı” ilə iki illik müqaviləm var. Klubu tərk etmək haqda düşünmürəm”.