26 iyul 2013 11:25
Neftçi üçün iki variant – Süleymanov və Hüseynov!
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçi postuna əsas namizədlərin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, hələlik Böyükağa Hacıyevin gedişi ilə boşalan bu posta iki əsas namizəd var.
Bunlardan biri Nazim Süleymanov, digəri isə Yunis Hüseynovdu.
Qeyd edək ki, Hüseynov “Xəzər Lənkəran”dan ayrılandan bəri işsizdi.
Süleymanov isə hazırda futbol üzrə Azərbaycan millisində baş məşqçi Berti Foqtsun əsas köməkçisidi.
