26 iyul 2013 11:43
Simurqun Avstriya toplanışına yekun vurulur
"Simurq" Avstriya toplanışı çərçivəsində ötən günü bir məşqlə keçirib. Azerisport.az xəbər verir ki, saat yarım davam edən səhər idmanında baş məşqçi Georgi Çixradze "Beşiktaş"la yoldaşlıq görüşündə forma geyinmiş futbolçulara fitness və qaçışdan sonra istirahət verib.
Digər qrup isə hazırlığa qaçış və isinmə hərəkətlərindən sonra fiziki gücün artırılmasından ibarət çalışmalarla başlayıblar. Məşqin əsas hissəsində isə "kvadrat" və taktiki tapşırıqlar yerinə yetirilib. Sonda isə ikitərəfli oyunla hazırlıq tamamlanıb və məşqçilər korpusu yetirmələrinə istirahət verib.
"Simurq" Avstriyada təşkil edilmiş təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu məşqlərinə çıxacaq.
Komanda ayın 27-də sonuncu yoldaşlıq görüşündə gücünü sınayacaq və 28-də ölkəyə qayıdacaq.
