27 iyul 2013 00:34
Neftçinin hücumçusu Türkiyə ilə oyuna çağırıldı
Azərbaycan çempionu “Neftçi”nin hücumçusu Bahodir Nasimov Özbəkistan yığmasına dəvət alıb. Azerisport.az xəbər verir ki, özbəklər avqustun 14-də “Paxtakor” stadionunda Türkiyə millisi ilə qarşılaşacaqlar.
Yığmanın baş məşqçisi ilkin olaraq bu oyun üçün 30 futbolçuya dəvət göndərib. Onların arasında Nasimovun da adı var.
Maraq üçün onu da bildirək ki, Özbəkistan – Türkiyə matçını Əliyar Ağayevin rəhbərlik etdiyi azərbaycanlı hakimlər briqadası idarə edəcək.
