Con Toşak postunda qalacaq
26 iyul 2013 12:08

“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın ötən gün baş tutan Avropa Liqasının ikinci təsnifat mərhələsinin İsrail “Maccabi”si ilə cavab oyunundan (0:8) sonra istefa verməsi gözlənilsə də, bu, baş verməyib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi biabırçı məğlubiyyətdən dərhal sonra uelsli mütəxəssisdən hesabat tələb edib və bu yenilginin əsas səbəbkarının futbolçular olmasına qərar verilib.
Nəticədə, Toşak postunda qalıb və fəaliyyətini davam etdirəcək. O, artıq bu gün komandasını məşqə də çıxarıb. “Ağ-yaşıllar” bu gündən etibarən Topaz Preymer Liqasının yeni mövsümünə hazırlaşmağa başlayıblar.