26 iyul 2013 12:19
Qarabağın növbəti rəqibi möcüzəni belə gerçəkləşdirdi (VİDEO)
Azerisport.az sizi Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İsveçin “Gefle” klubunun Kipr “Anorthosis”i ilə cavab matçındakı möhtəşəm qələbəsindən (4:0) hazırlanmış videoreportajla tanış edir. Qeyd edək ki, ilk oyunda kiprlilər 3:0 hesabıyla qalib gəldiyindən İsveç klubunun möcüzə edəcəyinə inanan çox az idi.
Amma göründüyü kimi, Ağdam klubunun növbəti rəqibi belə bir çətin vəzifənin öhdəsindən gələ bildi. Hər halda bu, “Qarabağ”ın pley-off mərhələsinə çıxmaq uğrunda necə ciddi rəqiblə qarşılaşacağından xəbər verir.
