26 iyul 2013 12:26
Vaqif Cavadov: Qarabağa azarkeşlik edəcəm
“İnter”in kapitanı Vaqif Cavadovun azerisport.az saytına müsahibəsi
- Norveç “Tromse”sinə ikinci qolu vurmağınıza nə mane oldu?
- Biz oyuna yaxşı hazırlaşmışdıq. İlk hissəyə yaxşı başladıq. Amma yenə də qol vəziyyətlərini boşa verdik. “İnter” evdə də rəqibindən daha yaxşı oynadı. Sadəcə bəxtimiz gətirmədi. Bir həftə əvvəllə müqayisədə bu dəfə daha yaxşı çıxış etsək də, yenə də istədiyimiz qolları vura bilmədk. Qol da vura bilmirsənsə, uduzmalısan.

- “İnter”ə erkən qol vurmaq çox vacib olsa da, bunu bacarmadınız...
- Biz nəinki ilk yarıda, hətta ilk oyunda qol vurmalıydıq. Yaxud da orda ikinci qolu buraxmamalıydıq. Deməzdim ki, “Tromse” bizdən güclü rəqibdi. Düzdü, onlar növbəti mərhələyə keçdilər. Amma bu, rəqib komandanın “İnter”i nədəsə üstələdiyi anlamına gəlmir. Sadəcə, uğur onların tərəfində oldu.
- Hakimliyi necə qiymətləndirirsiz?
- Biz səfərdə oynayanda adətən hakimlərin meydan sahiblərinə simpatiyasının şahidi oluruq. Amma biz öz ev oyunlarımızda hakimlərdən heç vaxt simpatiya görməmişik. Hətta yığmanın da oyunlarında. Bizim son hücumumuz zamanı yan xətt hakimi bayrağını qaldırdı. Halbuki, orda heç bir ofsayd yox idi.

- “İnter” qarşısına böyük hədəflər qoysa da, cəmi bir mərhələ keçə bildi. Bu, iflasdı?
- Təbii ki, biz bu nəticədən razı qala bilmərik. Özü də “Tromse” bizim dişimizə görə rəqib idi. Amma indi çempionata köklənməliyik. Qalan hər şeyi unutmağımız lazımdı. Mən deməzdim ki, Avroliqada iflasa uğradıq. Bu, sadəcə uğursuzluqdu.

- Belə oyunla çempionluq uğrunda mübarizə apara biləcəksiz?
- “İnter” yeni komanda formalaşdırır. Komandanı çoxlu futbolçu tərk edib. Amma əminəm ki, çempionata hazır olacağıq və rəqiblərimizlə rəqabət apara biləcəyik. Məşqçilər korpusu çatışmazlıqlarımızı görüblər və nələrin üzərində çalışmaq lazım olduğunu bilirik.

- “İnter”lə yanaşı “Neftçi” və “Xəzər Lənkəran” da avrokuboklarda mübarizəni dayandırdı. Bu, çempionatımızın səviyyəsindən xəbər vermir ki?
- Mən belə deməzdim. “Xəzər Lənkəran”a çox güclü rəqib düşmüşdü. “Tromse” də möhkəm komanda idi. Yaxşı ki, “Qarabağ” mərhələ adladı. Bundan sonra yalnız onlara azarkeşlik edəcəyik.