27 iyul 2013 00:56
“Qarabağla oyuna qələbə üçün gedəcəyik”
İsveçin “Gefle” klubunun hücumçusu Yakob Orlov Avropa Liqasının üçüncü təsnifat mərhələsində qarşılaşmalı olduqları “Qarabağ” barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, İsveç mətbuatına açıqlamasında bunları söyləyib:
“Biz Azərbaycana da qələbə qazanmaq üçün gedəcəyik. Kipr “Anorthosis”i üzərindəki qələbəmiz (0:3, 4:0) bizə böyük enerji verdi. Artıq Bakıdakı oyun haqda düşünürük”.
Qeyd edək ki, “Qarabağ”la “Gefle” arasındakı ilk oyunda avqustun 1-də Bakıda, cavab görüşü isə ayın 8-də səfərdə keçiriləcək.
Qeyd edək ki, “Qarabağ”la “Gefle” arasındakı ilk oyunda avqustun 1-də Bakıda, cavab görüşü isə ayın 8-də səfərdə keçiriləcək.
