26 iyul 2013 13:05
Xəzər Lənkəran daha iki futbolçunu komandadan uzaqlaşdırıldı
“Xəzər Lənkəran” klubu daha iki futbolçunu da əsas komandadan uzaqlaşdırılıb. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Belə ki, Eder Bonfim və Toni Doblasdan sonra Adrian Pit və Marin Orsuliç də əsas komandadan kənarlaşdırılıb. Adıçəkilən oyunçular peşəkar futbolçuya yaraşmayan hərəkətləri və komanda daxilində ab-havanı pozduqları üçün belə qərar verilib.
