27 iyul 2013 01:18

Lənkəranda azarkeşlərin XL rəhbərliyinə qarşı aksiyasını polis dağıtdı

Avropa Liqasının ikinci təsnifat mərhələsində İsrailin “Maccabi” (Hayfa) klubuna öz evində biabırçı hesabla məğlub olan “Xəzər Lənkəran” klubunun rəhbərliyinə etiraz məqsədi ilə iyulun 26-da bir qrup azarkeşin “Fırtınalar meydanı” qarşısında aksiya keçirəcəyi barədə xəbər vermişdik. Azerisport.az xəbər verir ki, sözügedən etiraz aksiyası baş tutub.

Belə ki, ötən gün saat 20:00-da 50-60 nəfər azarkeş Lənkəran çayının üzərindəki körpünün şəhər tərəfində olan hissəsində toplaşaraq stadion istiqamətində hərəkətə başlayıblar. Körpünü keçməmiş bir neçə polis maşını onların qarşısını kəsib. Asayiş keşikçiləri stadiona tərəf gedən azarkeşləri dağılışmağa çağırıblar. Bu zaman toplaşan insanların əksəriyyəti dağılışıb. Fəallıq edən 4 nəfər polis və mülki geyimli şəxslər tərəfindən həbs olunaraq maşına oturdulub. Bu zaman “Sahil” restoranının çayxanasında çay içən bir nəfər də aranı sakitləşdirmək məqsədi ilə onlara yaxınlaşıb. Polis əməkdaşları təsadüfən onu da həbs ediblər.
 
Polis şöbəsinə çatdıqda məlum olub ki, həbs olunanlardan birinin maşında ikən burnu qanadılıb. Belə ki, şöbəyə çatdıqda həmin şəxsin əynindəki ağ köynək artıq qana bulanıbmış. Bölmədə həbs olunanların yanında polis zabitləri bir neçə dəfə müxalifətçilərin ünvanına müxtəlif söyüşlər səsləndiriblər. Buna cavab olaraq həbs olunanlar özlərinin müxalifətə heç bir aidiyyati olmadıqlarını və yalnız “Xəzər Lənkəran”ın zəif çıxışına görə klub rəhbərliyinə etiraz etmək fikrində olduqlarını bildiriblıər. Bundan sonra qanun keşikçiləri həbs olunanlarla daha səmimi söhbətə başlayıb. Söhbət əsnasında polis şöbəsində baş verənlərin mətbuata çıxarılmaması onlara məsləhət görülüb. Ardınca həbs olunan 5 nəfər haqqında ətraflı məlumatlar toplayan polis əməkdaşları axşam saat 21:40-da onları sərbəst buraxıblar. (12-ci oyunçu)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.