26 iyul 2013 13:17
Bakı məşqlərini bərpa etdi
“Bakı” ölkə xaricindəki təlim-məşq toplanışından sonrakı istirahətini başa vurub. Azerisport.az xəbər verir ki, bu gün komanda Bakıda məşqlərini bərpa edib.
“Zolaqlılar” avqustun 2-də keçiriləcək “Qəbələ” ilə oyunun hazırlığına start verib. Baş məşqçi Milinko Pantiçin rəhbərliyi altinda keçən məşq prosesi saat yarım davam edib. Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq isinmə hərəkətləri ilə başlayıb. Daha sonra komanda topu qısa məsafələrə ötürmə və paslar üzərində çalışıb. İki qrupa bölünən futbolçular məşq prosesini taktiki gedişlər və qapıya zərbələrlə yekunlaşdırıblar.
